Ölkə

Buraxılış imtahanında tətbiq olunacaq YENİLİKLƏR AÇIQLANDI

2 Dekabr 2016 13:18
1 Şərh     Baxış: 2 141

"IX sinif buraxılış imtahanında yeniliklər edilib".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Afiqə Batıyeva deyib.
Onun sözlərinə görə, DİM və Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə yaradılan İşçi qrup buraxılış imtahanının yeni modelini hazırlayıb: "Yeni modelə əsasən, imtahan əvvəlkilərdən fərqli olaraq biliklərin formalaşdırdığı bacarıqları yoxlayacaq. Yeni modeldə yazı işlərinə üstünlük verilməsi nəzərdə tutulub. İmtahan Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş şəkildə, iki mərhələdə keçiriləcək".
A.Batıyeva bildirib ki, tədrisi Azərbaycan dilində olan məktəblərin şagirdləri Riyaziyyat və Azərbaycan dili, tədrisi rus dilində olan məktəblərin şagirdləri isə Rus dili və Riyaziyyat fənnindən imtahan verəcəklər: "Birinci mərhələnin fevral və mart aylarında keçirilməsi nəzərdə tutulur. İkinci mərhələ isə iyun ayında baş tutacaq. Birinci mərhələnin imtahan müddəti 2 saat 30 dəqiqə, ikinci mərhələninki isə 1 saat 30 dəqiqə olacaq.
Şöbə müdiri qeyd edib ki, birinci mərhələdə Azərbaycan dili fənni üzrə oxu və yazı bacarıqlarını yoxlamaq məqsədilə iki mətndən istifadə olunacaq: "Riyaziyyat fənnində isə birinci mərhələdə 10 açıq tipli tapşırıqdan istifadə olunması nəzərdə tutulur. Bu mərhələdə şagirdlər təqdim olunan üç mövzudan birini seçməklə esse yazacaqlar. Esse yazılması məcburi deyil, amma essenin nəticəsi 11 illik buraxılış imtahanında nəzərə alınacaq. İkinci mərhələdə şagirdlərə Azərbaycan dili və Riyaziyyat fənlərinin hər birindən 30 qapalı tapşırıq təqdim ediləcək. Azərbaycan və rus dilləri istisna olmaqla tədrisi digər dillərdə aparılan məktəblərin şagirdləri hər iki mərhələdə yalnız Riyaziyyat fənnindən imtahan verəcəklər".
A.Batıyeva ümumtəhsil məktəblərinin IX sinif şagirdləri buraxılış imtahanının I mərhələsi üzrə online sınaq imtahanında da iştirak edə biləcəklərini vurğulayıb.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    yuska · 2 Dekabr 13:5220

    Allah səni rəhmət eləsin Məşədi İbad .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.