Ölkə

Bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyində mükafatlandırma mərasimi - YENİLƏNİB - FOTO

2 Dekabr 2016 14:53
Baxış: 1 097

14:53

Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyində mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, 2008-ci il təvəllüdlü gimnastların yarışında birinci yeri çoxnövçülükdə 27,200 xal toplamış Nərminə Bayramova tutub. İkinci yerdə Məryəm Hüseynova (26,200 xal), üçüncü yerdə Ayan Əliyeva (23,950 xal) qərarlaşıb.

2007-ci il təvəllüdlü gimnastların yarışında qızıl medala Fatimə Məmmədzadə (34,050 xal), gümüş medala Mədinə Dəmirova (29,350 xal), bürünc medala isə Nuray Həsənzadə (27,800 xal) layiq görülüb.

2006-cı il yaş kateqoriyasında qələbəni Zəhra Paşayeva (34,050 xal) bayram edib. Fəxri kürsüdə ikinci pilləni Fidan Yusifzadə (32,850 xal), üçüncü pilləni Kamilla Əliyeva (32,450 xal) əldə edib.

Qeyd edək ki, bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə isə 2-ci Azərbaycan çempionatı və Bakı birinciliyi davam edir.
Milli Gimnastika Arenasında təşkil edilən yarışların ikinci günündə bədii gimnastlarla yanaşı, aerobika gimnastikasının nümayəndələri də öz qüvvələrini sınayırlar. Fərdi və üçlük proqramı üzrə uşaqlar (7-8 yaş), balacalar (9-11 yaş), yeniyetmələr (12-14 yaş), gənclər (15-17 yaş) və böyüklər (18 yaş və daha böyük) kateqoriyasında yer almış gimnastlar çıxış edirlər.

Ümumilikdə 141 gimnast Bakı Gimnastika Məktəbi, "Ocaq Sport", "Gömrükçü", "Sərhədçi", "Spartak" klubları, DİN-in İdman Cəmiyyəti, Respublika Kompleks İdman Məktəbi və Şağan Olimpiya İdman Kompleksini təmsil edir.

-----------

12:49

Bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə isə 2-ci Azərbaycan çempionatı və Bakı birinciliyi davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışların ikinci günündə bədii gimnastlarla yanaşı, aerobika gimnastikasının nümayəndələri də öz qüvvələrini sınayırlar. Fərdi və üçlük proqramı üzrə uşaqlar (7-8 yaş), balacalar (9-11 yaş), yeniyetmələr (12-14 yaş), gənclər (15-17 yaş) və böyüklər (18 yaş və daha böyük) kateqoriyasında yer almış gimnastlar çıxış edirlər.

Ümumilikdə 141 gimnast Bakı Gimnastika Məktəbi, "Ocaq Sport", "Gömrükçü", "Sərhədçi", "Spartak" klubları, DİN-in İdman Cəmiyyəti, Respublika Kompleks İdman Məktəbi və Şağan Olimpiya İdman Kompleksini təmsil edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.