Ölkə

Nazir: "1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılıb"

2 Dekabr 2016 12:00
Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Son 13 ildə Azərbaycanda 3000-dən çox məktəb binası tikilib, əsaslı təmir edilib. Bu da ölkədəki məktəblərin 70%-dən çoxunu təşkil edir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov "Təhsilin keyfiyyətinin təminatında akkreditasiyanın rolu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

M.Cabbarov qeyd edib ki, 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılıb.

Ölkədə ali təhsil sahəsində aparılan işlərdən danışan M.Cabbarov bildirib ki, 2005-ci ildə Azərbaycan Boloniya prosesinə qoşulub, gənclərin xaricdə təhsili sahəsində ciddi nailiyyətlər əldə edilib:

"2013-cü ildə Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası qəbul olunub. Sənədin missiyası ölkənin modernləşməsi üçün vacib olan insan kapitalını inkişaf etdirməkdir. Bu sənədi qəbul edərkən bəzi çağırışlarla rastlaşmışdıq. Təhsil sahəsində vahid idarəetmə sistemi mövcud deyildi, təhsil müəssisələri və onların rəhbərlərinin fəaliyyət nəticələrinin əmək bazarının nəticələri ilə uyğunlaşdırılması prioritetlər sırasında deyildi. Boloniya sisteminə keçid islahatı ali təhsil müəssisələrinin fəaliyyətinin maliyyələşmə islahatı ilə ölçülürdü. Bu da öz növbəsində ali təhsil müəssisələri və onların rəhbərləri qarşısında obyektiv çətinlik idi. Xaricdə əldə edilən ali təhsil diplomlarının tanınması prosesi həddindən artıq liberal idi. Bunun da nə kimi nəticələrə gətirib çıxarması başadüşülən idi. Sadalanan problemlərin bir hissəsi bu gün də gündəmdə qalır. Lakin bir sıra məsələlərin həllində əhəmiyyətli irəliləyiş əldə olunub".

M.Cabbarov deyib ki, ildən-ilə tələbə adını qazanan gənclərin sayı artır. Bu, tələbə qəbuluna olan tələblərin sərtləşdirildiyi bir şəraitdə baş verir. Nazirin sözlərinə görə, 2016-cı ildə ali məktəblərə rekord sayda - 35304 tələbə qəbul olunub, bu da ötən illə müqayisədə 7% çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.