Ölkə

Məhkəmə "Coca-Cola"nın apellyasiya şikayətini təmin etməyib

2 Dekabr 2016 12:13
0 Şərh     Baxış: 651

Bakı Apellyasiya Məhkəməsində "Azərbaycan "Coca-Cola" Bottlers Limited" MMC-nin Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, "Coca-Cola"nın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, "Azərbaycan "Coca-Cola" Bottlers Limited" MMC Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "Coca-Cola" qərarların ləğv edilməsi barədə tələb irəli sürüb.
Məhkəmə iddianı təmin etməyib. Qərardan narazı qalan "Azərbaycan "Coca-Cola" Bottlers Limited" MMC apellyasiya şikayəti verib.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.