Ölkə

Bakıda "təcili yardım" qəzaya düşüb - Xəstə ölüb, yaralı var - VİDEO

2 Dekabr 2016 09:51
9 Şərh     Baxış: 2 479

Bakıda "təcili yardım" avtomobili qəzaya uğrayıb, xəstə ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində, Hövsan yolunda baş verib.

Belə ki, Suraxanı rayonu 11 saylı Təcili Yardım Stansiyasının 24 nömrəli "təcili yardım" avtomobili çağırış əsasında Hövsan qəsəbəsi Kooperativ ev 14 ünvanından kəskin mədə ağrısı ilə 61 yaşlı Əliyev Faiq Qədir oğlunu xəstəxanaya çatdırmaq istəyib. Hövsan yolunda "Azsamand" markalı avtomobil qəfildən "təcili yardım" maşınına çırpılıb.

Əraziyə digər "təcili yardım" avtomobili cəlb edilib. Lakin qəza nəticəsində yaralanan F.Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Onun yanındakı tibb bacısı isə qəza zamanı xəsarət alıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

9 Şərh:

  • Anonim
    .M. · 2 Dekabr 10:0200

    Ölümden qaciw yoxdur.Harda haqladi.

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 2 Dekabr 10:0900

    Umudnen saqalmaqa gederken ölmek Allah rehmet elesin.

    Cavab yaz
  • Anonim
    M M · 2 Dekabr 10:2300

    Bular hacan iwe yariyiblar ki

    Cavab yaz
  • Anonim
    Men · 2 Dekabr 10:2400

    Yaziq evde qalsaydi belkede olmezdi

    Cavab yaz
  • Anonim
    M M · 2 Dekabr 10:2400

    Burda deyil insan talehiynen oynayan tecili tibi yardim

    Cavab yaz
  • Anonim
    M M · 2 Dekabr 10:2510

    Qaw duzelden yerde vurub gozu cixardilar

    Cavab yaz
  • Anonim
    Melek · 2 Dekabr 11:0400

    Ecel baxda ele ölmeyecekdi belkede geldi bele öldü

    Cavab yaz
  • Anonim
    M M · 2 Dekabr 11:5700

    Gunah ki niye cagirirsan iwe yarmiyan skorani axi

    Cavab yaz
  • Anonim
    Hali · 2 Dekabr 14:0200

    Qədər deyilən bir söz var,

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.