Ölkə

Biznesmenin oğlu bu maşında can verdi - YENİ FAKTLAR - FOTO

2 Dekabr 2016 09:45
9 Şərh     Baxış: 13 705

Xəbər verdiyimiz kimi, Bakıda tanınmış iş adamı, hazırda həbsdə olan Nəriman Əliyevin gənc oğlu qəfildən dünyasını dəyişib. Hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində körpünün üzərində qeydə alınıb. 20 yaşlı Əliyev Asim Nəriman oğlu qardaşı Şəhriyar Əliyev ilə birlikdə 10 SL 222 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən qəfildən halı pisləşib. A.Əliyev hava almaq üçün qardaşından avtomobili saxlamasını xahiş edib. O, körpünün üzərində dayanarkən qəfildən yıxılıb. A.Əliyev dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İş adamı Nəriman Əliyevin qəfil dünyasını dəyişən oğlu Asim Əliyevlə bağlı Femida.az bəzi faktlar əldə edib. Belə ki, infarkt keçirən 20 yaşlı Asim Əliyev peşəkar idmançı olub. O universal döyüş üzrə dünya çempionatında iştirak edib. Həkimlərin dediyinə görə, o, infarkt keçirib. A.Əliyev "Qarabağ Broyler MMC"nin və "Şəhriyar" şadlıq sarayının sahibi Nəriman Əliyevin oğludur. Dekabrın 10-da A.Əliyevin toy məclisi olacaqmış. Onun nişanlısı yüksək vəzifəli polis əməkdaşının qızıdır.

Milli.Az criminal.az-a istinadən xatırladır ki, N.Əliyev bir müddət əvvəl qanunsuz silah gəzdirmə və narkotiklə həbs edilib. İş adamı bir müddət əvvəl vəkili vasitəsilə ona məxsus şadlıq sarayının yandırılmasının videosunu yaymışdı. İddia edirdi ki, şadlıq sarayı Bakı Şəhər Baş Polis İdarəsinin polkovnikinin sifarişi ilə yandırılıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Anar · 2 Dekabr 09:4841

    Allah rəhmət eləsin qardaşımıza.

    Cavab yaz
  • Anonim
    Toma · 2 Dekabr 09:5060

    caaaan allah rehmet elesin mekani cennet olsun ailesin sebr versin rebbim

    Cavab yaz
  • Anonim
    teselli · 2 Dekabr 10:0300

    a bu masini tez tez gormuwem biz terefde

    Cavab yaz
  • Anonim
    @ · 2 Dekabr 10:1430

    Can boğazdan gəlir və boğazdan çıxır.anlayan anladı.

    Cavab yaz
  • Anonim
    Bakinec · 2 Dekabr 10:2230

    Allah sene rehmet elesin qardaw.Qebrin nurla dolsun(((

    Cavab yaz
  • Anonim
    Irade · 2 Dekabr 11:2630

    Allah rehmet elesin.Cavanlara olum hec yarawmir.Allah ailesine sebr versin.

    Cavab yaz
  • Anonim
    Hali · 2 Dekabr 14:0100

    Allah rehmet elesin.olum qawla-goz arasindadi.

    Cavab yaz
  • Anonim
    xxx · 2 Dekabr 14:3940

    kasıbın uşagı esgerlikde ölür

    Cavab yaz
  • Anonim
    Fira · 2 Dekabr 22:2410

    Razinde qalirdi taniyirdim yaxsi uwaq idi mekteb vaxti cox gorurdum Allah rehmet elesin cox sarsitdi bizi olmeyi helede inanmaq olmur:((

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.