Ölkə

"Mən o gecədə oxuyacam" - Röya onu boykot edən jurnalistlərə səsləndi

1 Dekabr 2016 18:02
9 Şərh     Baxış: 6 337

Əməkdar artist Röya Olimpiya kompleksində keçiriləcək "Ən Yeni İl" gecəsi ilə bağlı bu gün keçirləcək mətbuat konfransında iştirak etməməsinə aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, aznews.az-a açıqlama verən Röya bəyan edib ki, Olimpiya kompleksində keçiriləcək "Ən Yeni İl" gecəsi ilə əlaqədar mətbuat konfrasında iştirak etməyəcəyi ilə bağlı xəbər iki ay əvvəl açıqlanmışdı.

"Hamının işçiləri gedir o mətbuat konfransına, mənim ora getməyimin mənası yoxdur. Ümumiyyətlə, təşkilatçılar mənim Bakıda olmadığımı bilirlər. Bu gün mənim "Darıxdım" adlı mahnıma klip çəkilir. 2 ay əvvəldən mənim o mətbuat konfransında olmayacağım məlum idi. Amma dekabırın 31-də mən həmin tədbirdə çıxış edəcəyəm".

Röya bu gün mətbuatda müğənninin yeni il konserti ilə bağlı keçirilən mətbuat konfrasında iştirak edəcəyi təqdirdə jurnalistlərin konfransa qatılmaqdan imtina etmələri barədə yayılan xəbərə də aydınlıq gətirib:

"Bu jurnalistlər belə xəbərlə də özlərini reklam edirlər." 

Bakı Olimpiya Kompleksinin mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva aznews.az-a bildirib ki, Röyanın mətbuat konfransında iştirak etməyəcəyi əvvəlcədən məlum idi. 

"Biz heç kimi siyahıdan çıxartmamışıq. Bu, yalnış məlumatdır. Biz konsertdə iştirak edən digər müğənnilər kimi Röyayla da müqavilə imzalamışıq. Sadəcə, Röya özü ölkədə olmayacağını bildirirək, mətbuat konfransında iştirakdan imtina edib. Biz də jurnalistləri bu barədə xəbərdar etmişik ki, kimin Röyaya sualı olsa, həmin jurnalistlər üçün ayrıca birifinq təşkil ediləcək".

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Alimardan · 1 Dekabr 19:03100

    Ele deme, dunyanin isin bilmey olmaz, hele yaxsi varianti deyirem, belke sesin tutuldu ya gizdirman galxdi. bu belkelerden n gederdir.

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 1 Dekabr 20:1870

    Allahin qezebine geden soz'' mutleq'' sozudur,hele bir o gune salamat get cix sonra oxumaqdan dem vurarsan.

    Cavab yaz
  • Anonim
    Sevinc · 1 Dekabr 21:1201

    Here bir soz deyir hansina inanasan bilmirrm vallah

    Cavab yaz
  • Anonim
    Aaa · 1 Dekabr 22:0346

    Royani baykot etmek hec kimin basi ucun deyil. InsAllah yeni il geceside konsertdeki kimi mohtesem cixisi olacaq

    Cavab yaz
  • Anonim
    Zeynoş · 1 Dekabr 23:4763

    Hansi sasnan bu konsert verir e?

    Cavab yaz
  • Anonim
    Teymur · 2 Dekabr 00:2720

    Buda getdi turkiyeye hecne ede bilmedi indide qayidir

    Cavab yaz
  • Anonim
    Moskva RTSSD · 2 Dekabr 06:5714

    Roya cox gozel senetkardi.Bu hami gozel bilir.Ama bir coxlari qebul ede bilmir.Bidenesen Royam.Allahim seni qorusun.

    Cavab yaz
    • Anonim
      A · 2 Dekabr 12:1715

      Roya Emekdar mugenni adina Layiq olan senetkardir. O artiq sozunu deyib seneti ile.....

      Cavab yaz
  • Anonim
    gunay · 2 Dekabr 15:2610

    sozumun agasiyam bu sehri bir defe yazdim en yuksek layk aldim.Eziz mugenniler ozunuzu hormetden salmayin Xalq istediyini qaldirar istediyini otuzdurar yerinde

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.