Ölkə

Azərbaycanda qriplə bağlı SON VƏZİYYƏT qiymətləndirildi

1 Dekabr 2016 17:49
1 Şərh     Baxış: 996

Azərbaycanda bu qış-payız mövsümündə Səhiyyə Nazirliyi (SN) Respublika Taun Əleyhinə Stansiyasına daxil olan nümunələrdə qrip növləri aşkarlanmayıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev deyib.

R.Abdullayev bildirib ki, ölkədə yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması üçün artıq qabaqlayıcı tədbirlərin görülməsinə başlanılıb.

Direktorun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədi ilə ağır kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi və şübhəli xəstələrdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması tapşırılıb.

O, hazırda Azərbaycanda yoluxucu xəstəliklərlə, eləcə də qriplə bağlı vəziyyətin tam stabil olduğunu da söyləyib: "Bizə bütün respublikadan müayinə üçün nümunələr göndərilir. Bu günə olan məlumata görə, Azərbaycanda qripin heç bir növü aşkarlanmayıb və ölkədə hər hansı növ qripi mövcud deyil. Vəziyyət sabitdir".

R.Abdullayev bildirib ki, təhlükəli virusa yoluxmuş xəstələrin aşkarlanması üçün sərhədlərdə hərarətli, şübhəli xəstələr yoxlanılır.

Qeyd edək ki, nazir O.Şirəliyevin qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə imzaladığı əmrdə tibb idarə və müəssisələrinin rəhbərlərinə qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədi ilə təhsil müəssisələrində tibbi müşahidələrin təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması tapşırılıb. Əmrdə lazım gəldikdə tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadənin təmin olunması, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqətin yetirilməsi, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatının yaradılması kimi məsələlər öz əksini tapıb.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    suraya · 1 Dekabr 19:3200

    Belə məlumatları verəndə heç olmasa nəzərə almaq lazımdır ki,bunu qrip xəstələri də oxuya bilər...bilmirəm bəlkə bunun adı qripp deyil,...amma infeksion olmagı 100%dir.bizim ailədə hal hazırda 5 xəstə var...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.