Ölkə

Elməddin: ""Fəlakət" obrazını mənim komandam yaradıb"

1 Dekabr 2016 17:53
16 Şərh     Baxış: 3 635

Mənim çəkildiyim elə bir film yoxdur ki, əlimi qoyub deyim ki, bu filimim uğurludur. Mən, hələ ki, oynadığım ən yaxşı rolu oynamamışam. Dram janrında da oynamaq fikrim yoxdur, çünki özümü təsdiq etməyə ehtiyacım yoxdur.

Milli.Az xəbər verir ki, bu sözləri azxeber.com-a müsahibəsində tanınmış aktyor Elməddin Cəfərov deyib.
 
O deyib ki, Azərbaycanda ən böyük aktyor heyətinə malik aktyordur: "Azərbaycanda ən böyük komanda məndədir. Hazırda 36 nəfər aktyorla çalışıram. Ümumilikdə isə bu rəqəm 60-a çatır. Ən böyük komanda, əslində, bizdədir. İndinin özündə 4 komediya janrında film çəkirik. Sadəcə, bunları reklam etmirik. Başımızı aşağı salıb öz işimizi görürük. Mən artıq serial sahəsində sözümü demişəm. Hər şeydə damcı olmaqdansa, bir şeydə mükəmməl olmağı daha üstün tuturam".
 
Elməddin Cəfərov, həmçinin deyib ki, "Bozbaş Pictures"də məşhurlaşan Fəlakət obrazını onların komandası yaradıb: ""Fəlakət"in obrazının ssenarisini kim yazıb? Heç bu barədə maraqlanmısız? "Fəlakət"i bizim komandamız yaradıb. "Bozbaş Pictures"in ssenarisini biz yazırıq, amma biz çəkmirik".

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

16 Şərh:

  • Anonim
    wirin · 1 Dekabr 17:5760

    Evveller bacanaqlar maraqliydi indi yox .

    Cavab yaz
    • Anonim
      Kamal · 1 Dekabr 18:1820

      Ümumiyyətlə, indi onların çəkdiyi 4 serialın heç biri maraqlı deyil, təəssüf.

      Cavab yaz
  • Anonim
    Eldar · 1 Dekabr 18:1251

    Taleh bəy Firəngiz,Nərgizin yeri yoxdur serialda havayı yerə zəbt ediblər restoranı onlara başqa serialda yer ver Qadoyalım

    Cavab yaz
  • Anonim
    By Fenerli · 1 Dekabr 18:2431

    Hər şey lap əladır.Belə də davam elə Elməddin.

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 1 Dekabr 18:2852

    Azerbaycanda gulmeli seriallardan bir az babati ''Qiz atasi'' serialidir onu da hormetli rejissor korradir Vidadini kasiblasdirib ,Cingizi varli edib katibesine pul xercletmeyin yeri yox idi.Heec bir kureken qayinatasiynan o tonda danismir.Maraqi oldurduler...

    Cavab yaz
  • Anonim
    orbet. · 1 Dekabr 18:4793

    Elməddin Cəfərovun komedi janrında qabiliyyəti var. Simasından belə gülüş hiss olunur. Seriallara isə baxmıram.

    Cavab yaz
  • Anonim
    Emi · 1 Dekabr 19:1210

    Elmeddin istedadli aktyordur,ancaq hele ozunu tapmayib.Yaxsi ssenari ile belke de,bizim Saveli Kramorova cevrile biler /her ikisinde xarakterik uz ifadesi var/.

    Cavab yaz
  • Anonim
    Eldar · 1 Dekabr 19:1921

    Salam aleykum! Yerli necəsiniz Allah kömək olsun sizlərə deyəsən bizdən incimisən Gültən xanım yazmışdı sənin xətirinə dəymişəmsə üzür istəyirəm. Qadoy alım

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 1 Dekabr 20:1410

      Salam yerli Allah elemesin incimemisem,uzr istemeli heccc ne yoxdur.

      Cavab yaz
  • Anonim
    Terxun · 1 Dekabr 19:3121

    Inanmazsiniz.Amma menim yoldasimla qizim her gun bacanaqlarin lap evvelki serialarina baxirlar.Her gun Tale Qismet bizimledi.

    Cavab yaz
    • Anonim
      wirin eldara · 1 Dekabr 19:5960

      Yorulmadin qada almaqdan ?camaat qada belasin atmaqdan otru evden fitne cixir sen awkara qada alirsan.

      Cavab yaz
  • Anonim
    1988 · 1 Dekabr 20:3020

    Mehebbet,Taleh,Besti xala,Sevda,Metiş Süper.

    Cavab yaz
  • Anonim
    Eldar · 1 Dekabr 21:0103

    Allah mənə verən ömürüm qədər Qadoy alım yazacağam sən get qurduluğu el bir də mənə yazsan sonra incimə yaxşı. Qadoy alım

    Cavab yaz
  • Anonim
    Eldar · 1 Dekabr 21:1923

    Allah bilir kimə qada-bala verir mən demək üçün heç kəsin qadasın alınmır mənim dilim öyrənib. Qadoyalım

    Cavab yaz
  • Anonim
    Farid123 · 1 Dekabr 21:5520

    Menim cox xosuma gelir bacanaqlarda qardaslarda yaxsi ki var bu kinolarda baxib eynimizi aciriq hec olmasa

    Cavab yaz
    • Anonim
      wirin · 1 Dekabr 23:4300

      Niye hirslenirsenki pis soz yazmadimki nede bezileri kimi adsiz nikle yazmadim bilseydim yazmazdim uje incidim.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.