Ölkə

"Onlar qadınlıqlarını qorusunlar..."

1 Dekabr 2016 15:59
5 Şərh     Baxış: 1 853

Xanımımla yenə xaricə getmək istəyirəm. Düşünürəm ki, insan həyata ikinci dəfə gələ bilməz. Anamız bizi həyata ikinci dəfə gətirə bilməz. Həyatı yaşayırıqsa, səmərəli istifadə etməyi bacarmalıyıq.

Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında Nadir Qafarzadə deyib.

Müğənni bildirib ki, xanımı əsl Azərbaycansayağı bir qadındır:

"Çox gəzən insan çox da bilir. Mən özüm üçün çox kəşflər edirəm, müdrikləşirəm. Həyat yoldaşım xaricə getməyi sevmir. Daha çox evdə olmaq istəyir. Əsl Azərbaycansayağı bir qadındır. Onun bu istəyinə qarşı çıxıram. Deyirəm ki, sən mənsiz, mən də sənsiz gəzə bilmərəm. Hərdən Bakıdan çıxmaq lazımdır".

N.Qafarzadə açıqlamasında qeyd edib ki, həyat yoldaşını qısqanmır:

"Bizim qısqanan vaxtımız deyil, 24 ildir ki, bir yerdə yaşayırıq. 17 yaşlı cavanlar kimi addım ata bilmərəm. Mənim yanımda etibar etdiyim azərbaycanlı xanım var. Uşaqlarımın anasıdır, namuslu bir qadındır. İstərdim ki, o namusu qorumayanlar da əsl Azərbaycan xanımı obrazını yarada bilsinlər. Aktrisa kimi yox, onlar qadınlıqlarını qorusunlar. Dedi-qodular münasibətimizə təsir etmir. Mənə hə, ona yox... Mənə deyir ki, niyə başqaları haqda danışmırlar? Deməli, sən insanlara lazımsan. Məni çox anlayır, ona minnətdaram".

Sənətçi bir vaxtlar küsülü olduğu xalq artisti Flora Kərimova ilə münasibətlərinin yaxşı olduğunu söyləyib:

"F.Kərimova mənəvi anamdır. Əfsanəvi bir sənətkardır, adını çəkəndə məsuliyyətim artmağa başlayır. Onun adını çəkəndə dilim topuq vurub".

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

5 Şərh:

  • Anonim
    AAAA · 1 Dekabr 16:0310

    baslandi ...

    Cavab yaz
  • Anonim
    Yayla · 1 Dekabr 16:2810

    Ay Nadir,Səndəmi gündəmə gəlmək istəyirsən?.......

    Cavab yaz
  • Anonim
    Yaylaya,Doqrudan · 1 Dekabr 17:3511

    Nadir beyin gundeme gelmeye ehtiyaci yoxdur.Cox,gozel ifaci,medeni bir insandir.Aileside numunevi bir aile.

    Cavab yaz
  • Anonim
    Adi insan · 1 Dekabr 19:1220

    Menim heqiqeten Nadir beye cox boyuk hormetim var.Amma heyat yoldawini olduqca cox terifleyir.Beli teriflenesi qadini xanimi terifleyerler sozum yoxdur.Sizin kimi beyin xanimi ele terifli olar.Amma Nadir bey siz Dagli balasisiz eyyyy ona gore size yarawdirmiram.Meni duzgun bawa duwun qardawim.

    Cavab yaz
  • Anonim
    Songul · 1 Dekabr 19:4110

    Saclarini horurem sene negme deyirem cox sevirembu mahnini......kim xowlayir mende bawga

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.