Ölkə

Bacısını ürəyindən bıçaqladı - Salyanda DƏHŞƏT - YENİLƏNİB

1 Dekabr 2016 16:52
17 Şərh     Baxış: 4 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:52

Salyanda qətl hadisəsi baş verib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 12.00 radələrində Salyan rayonunun Xurşud kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1999-u il təvəllüdlü Əsədov Əkbər Rauf oğlu bacısı, 1998-ci il təvəllüdlü Fərqanə Əsədovanı bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan F.Əsədova hadisə yerində ölüb.

Ə.Əsədov könüllü olaraq özünü polisə təslim edib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

----------

15:07

Salyan rayonunun Xurşud kəndində 18 yaşlı Fərqanə Rauf qızı Hüseynovanın qətlə yetirilmiş meyiti evlərində aşkarlanıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, qətlin dünən, noyabrın 30-da baş verdiyi ehtimal edilir.

Qızın döş qəfəsi nahiyəsindən iki bıçaq zərbəsi ilə qətlə yetirildiyi bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.