Ölkə

Tibb müəssisələrinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə verilməsi ilə bağlı AÇIQLAMA

1 Dekabr 2016 14:43
Baxış: 436

Səhiyyə Nazirliyi icbari tibbi sığortanın həyata keçiriləcəyi Yevlax və Mingəçevir şəhərlərindəki tibb müəssisələrinin bir neçəsinin Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilməsinə münasibət bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə açıqlama verən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, həmin tibb müəssisələri Agentliyin tabeliyində bu bölgələrdə yalnız pilot layihənin həyata keçirildiyi müddətdə olacaq:

"Bu yalnız pilot layihə həyata keçirildiyi müddətdə olacaq. Bununla bağlı Səhiyyə Nazirliyinə verilən tapşırıqlar icra olunacaq".

E.Ağayev icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiq ediləcəyi zamanda dövlət tibb müəssisələrinin bir çoxunun Agentliyin tabeliyinə verilib-verilməyəcəyi məsələsinə də münasibət bildirib:

"Hazırda pilot layihənin həyata keçirilməsi üçün işlər aparılır. Bu tədbirlər pilot layihəyə görə həyata keçirilib. Sonra isə qəbul ediləcək qərarlara görə, addımlar atılacaq".

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.