Ölkə

"Ölkədən xaricə çıxarılan ən böyük valyuta səhiyyə sektoruna aiddir"

1 Dekabr 2016 15:05
9 Şərh     Baxış: 1 393

"Hazırda Azərbaycandan xaricə gedən ən böyük valyuta hissəsinin sahələrindən biri səhiyyə sektorudur".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı tanınmış ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov bildirib.
Deputat deyib ki, ümumiyyətlə bütün ölkələrdə təhsillə səhiyyə arasında ikiqat qiymət fərqi var:
"Amma bizdə bu sahədə tamamilə tərs mütənasiblik və proporsiya mövcuddur. İcbari tibbi sığortanın tətbiq olunduğu ölkələrdə səhiyyə sahəsinə ayrılan pula görə xarici yatırımların miqdarı hər il artır. Xahiş edirəm ki, gələn il bunu nəzərə alasınız. Elə etməliyik ki, Azərbaycandan olan xəstələr xaricə çox getməsinlər və bu vəsaitlər Azərbaycanda qalsın".
R.Mahmudov səhiyyə sahəsində, xüsusilə də özəl tibb müəssisələrində əlavə dəyər vergisinin (ƏDV) azaldılmasını təklif edib:
"ƏDV-nin yüksəkliyi xəstə insanlar üçün problemlər yaradır. ƏDV-nin 18-dən 8-ə endirilməsi əslində, xəstələrdən gələn gəlirləri və büdcə daxilomalarını artıracaq. Vergi yükü azalsa, xəstələrin də ödəmə qabiliyyəti yüksələr".

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Baku · 1 Dekabr 15:0821

    Byrda hekim yoxdu.bahaliqdi.kefiyyetsiz dermanlar.hami xestedi amma hekime getmirler..

    Cavab yaz
  • Anonim
    Mubariz · 1 Dekabr 16:0200

    Hər şey səhiyyənin xidmətindən asılıdır.

    Cavab yaz
  • Anonim
    İli-Bakuya · 1 Dekabr 16:4701

    Sən Rəşad dok. kimi həkimin adının altında " burda həkim yoxdu" deyə bilməzsən.Diıin quruyar

    Cavab yaz
    • Anonim
      Heybet ili bakuaya · 1 Dekabr 21:1901

      Men deye bilerem burda hekim yoxdu. Dediyim soze gorede dilim gurumaz.

      Cavab yaz
  • Anonim
    orbet. · 1 Dekabr 16:5600

    Təhsilin səhiyyə bölməsində elmi-praktika çox aşağı səviyyədədir. Öncə bu məsələyə baxmaq lazımdır. Diplomlu şəxslər deyil peşəkar kadrlar yetişdirmək lazımdır. Peşəkar həkimin qəbul müayinə otağından xəstə bir addım da o tərəfə keçməz. Bu olarsa xəstələrində başqa ölkələrə getməsinə ehtiyac qalmaz və gəlir öz büdcəmizə daxil olar.

    Cavab yaz
  • Anonim
    nazim · 1 Dekabr 16:5901

    Raşad Mahmudov ürək-damar cərrahı kimi, eyni zamanda millətin vəkili kimi ölkəmizdə bütün insanları o cümlədən imtiyazlı ailələrin sağlam şəkildə görməsi üçün əlindən gələni edir. Bir neçə ay bundan öncə R. Mahmudovun "Tibbi sığorta" ilə bağlı fikirləri geniş kütlə tərəfindən alqışla qarşılandı. R. Mahmudovu tanımıyan insanlar əminliklə bilsinlər ki, O çox səmimi insandır.

    Cavab yaz
  • Anonim
    Sev · 1 Dekabr 19:2700

    Men bu hekimi taniyiram. Bir. yerde ishlemisik. Cox savaddi hekim cerahdi. Kashki butun xaricde oxuyb gelen hekimlerimiz, ishlerinde bele pesekar olaydilar . Insanlarimizinda xarice getmesine hec ehtiyac qalmazdi.

    Cavab yaz
  • Anonim
    Heybet · 1 Dekabr 21:2400

    Men ilde bir defe ukrainada sanatoriyada oluram. Butun ili cox gumrah oluram. Buranin umuduna galsaydim tepemden tutmuw ayag dirnaglarima geder her yerim agrayardi

    Cavab yaz
  • Anonim
    Heybet · 1 Dekabr 21:2510

    Sag ayagi goyub sol ayagi kesen hekimleri tek bizde gormek olar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.