Ölkə

Boşandı və vedrədən tutmuş iynəyədək 12 il əvvəl gətirdiyi cehizlərinin pulunu istədi

1 Dekabr 2016 15:20
32 Şərh     Baxış: 5 333

Ağdam Rayon Məhkəməsi boşandıqdan sonra cehiz tələbi ilə bağlı iddianı təmin edib. Məsələnin maraqlı tərəfi odur ki, cehiz manatın yeni məzənnəsinə uyğun qiymətləndirilib.

Milli.Az xəbər verir ki, bu barədə virtualaz.org saytına tərəflərdən birinin vəkili Zibeydə Zəkəriyyayeva məlumat verib.

Qadın 12 il əvvəl ailə qurarkən gətirdiyi cehizləri hesablayıb. İllərdir istifadə edilən qızıl sırğa, boyunbağı, vanna, qazan, ləyən, vedrə, asılqan, çaynik, yorğan-döşək və digərləri yeni satış qiyməti ilə hesablanıb. "Sandıq 35 manat, döşək 120 manat, yorğan 120 manat, yastıq 80 manat, qab 35 manat, qaşıqlar 25 manat, asılqan - ədədi 20 manat, döşəkcə - 6 ədəd - 30 manat, mütəkkə - 1 ədəd - 5 manat, stəkan - 12 ədəd - 6 manat, nəlbəki - 12 ədəd - 6 manat, əl məhrəbası - 4 ədəd - 16 manat və s. göstərilib.

Siyahı uzundur və ən xırda ev əşyası belə qeydə alınıb. Duzqabı, vedrə, dəmir qazan, çaynik və hətta inək də iddiada yer alıb. Məhkəmənin hökmü ilə iddiada göstərilən əşyaların dəyəri hesablanaraq qadına ödənilməsi qərara alınıb", - vəkil bildirib.

Cehiz siyahısında qız tərəfin verdiyi iddia olunan inək də yer alıb. Lakin hakim inəyin əvəzinin ödənilməsi tələbini yerinə yetirməyib. Qarşı tərəf isə apellyasiya şikayəti verib.

"Tərəflər bu il ayrılıblar, cütlüyün 2 uşağı var. Ata övladlarının ona verilməsi üçün məhkəməyə müraciət edib. Hazırda iki iddia üzrə məhkəmə gedir", - Z. Zəkəriyyayeva deyib.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

32 Şərh:

  • Anonim
    S · 1 Dekabr 15:2330

    Biyabirciliq

    Cavab yaz
  • Anonim
    . · 1 Dekabr 15:2300

    .

    Cavab yaz
  • Anonim
    xxx · 1 Dekabr 15:2611

    Elə şey olar. Qanunla hec kim hec kimnen hecnə ala bilmez. Hec kişide qadına aldığı qızılları ala bilmez.

    Cavab yaz
    • Anonim
      mamed · 1 Dekabr 16:5510

      Onu kim deyir sene qanunda bele sey yoxdu?? Qanunda bele bir sey nezerde tutulub o getirdiyi cehiz onun sexsi malina aidi evlenen sonra alinan seyler birge almis sayilir

      Cavab yaz
  • Anonim
    Seva... · 1 Dekabr 15:2710

    Oz cehizini ozu iwledib xarab eliyib,kimden istiyir pulun? O cibinden goturub bu cibine qoysun. Getirdiyide 12 stekandi.12 nelbeki. 12 deneler qirilandan sora eri alanlarla rawot elesinler dava bitsin.

    Cavab yaz
  • Anonim
    Sirli Melek · 1 Dekabr 15:3022

    kas bosanma olmayaydi amma belede, xanim yaxsi edib, kisilere buda azdi (tebiiki pis kisiler nezerde tutulur)

    Cavab yaz
    • Anonim
      kisi · 1 Dekabr 17:0420

      Yaxsi kisi nece olmalidi?izah ede bilersiz?siz ne etsez susmalidi?sizi bosu bosuna buraxsa neler etmezsiz?bir tessevvur et,?

      Cavab yaz
  • Anonim
    gulnar · 1 Dekabr 15:3102

    mende boşanmiş xanimam mene hele zulum ediblerki danişsam bir teher olarsiz men xirdalanda er olmuşam menim nesilmi anami qardaşimi bir sozle butun nesilmi soyurduler mene deyirdilerki sene zulum edeceyik etdilerde bir ayi geline hele zulum gordumku yazsam dehşete gelersiz men ayrildim ancag xoşbext nedir onu bilmirem agliyiramki niye aile qurdum o insanan her gun her gece gozumden yaş yox qanli yaş gelir ey neyse

    Cavab yaz
    • Anonim
      Sebr · 1 Dekabr 17:0500

      Allah köməyiniz olsun!!!Əgər pisdisə daha niyə ağlayırsınız?Düzdü çox pis.hadisədi....Amma xeyirlisi belə imiş...Səbrli olun!!

      Cavab yaz
  • Anonim
    QQ · 1 Dekabr 15:3241

    Yorgan 120 manat ? Bir denesi ?? Hec uzlu astarli cexollu o qeder elemir axi ???

    Cavab yaz
    • Anonim
      Sebr · 1 Dekabr 17:0610

      Yəqin qızıl sapla işlənib!!Dəhşəəətttt!!!

      Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 1 Dekabr 15:4000

    Kecen il bir bosanma hadisesi oldu qohumumuz vekillik edirdi ,evdeki butun esyalar siyahiya alinaraq iki hisseye bolundu traqikomik hadiseydi amma and olsun ki, heqiqetdir meselen 6 qasiq varsa 3-un oqlana 3-un qiza verdiler xarici masinnan evide heresi birin goturdu dede mali kimi bolduler.Oz xoslarina .Butun esyalari dovlet siyahiya almisdir.

    Cavab yaz
  • Anonim
    Sebr · 1 Dekabr 15:4340

    ☺Gülünc vəziyyət!!Ay xanım gətirdiklərini özün işlətmisən də!!Bu 12 ildə yoldaşının vedrə,iynə qədər hörməti də olmayıb?!İnək yəqin əvəzolunmaz inək imiş...Qəbul etmirəm qadın yoldaşından ayrılanda nəsə umur..Özü pisdisə,pulu da varı sa pisdi də!!Ya otur o pulu ye,ya da səssiz çıx get!!✋

    Cavab yaz
  • Anonim
    Allah agil versin. · 1 Dekabr 15:5000

    bu qadin yox, servet ovçusudur.

    Cavab yaz
  • Anonim
    bilen · 1 Dekabr 15:5812

    duz edir.ele bu qaydani qanuna elave ede deputatlar.belke bowanmalar azala

    Cavab yaz
  • Anonim
    M M · 1 Dekabr 16:0430

    Nece utanmaz adamlar var.ayrilmaginin iki uwagin derdin cekmir cehiz derdi etir

    Cavab yaz
  • Anonim
    seymur · 1 Dekabr 16:0410

    Ne yaxshi mehkememiz var ...) bes bu veshlerin qebzin cekin gosterib subuta yetirilib ? yoxsa qonshular ne teher deyib elede yaziblar...)))

    Cavab yaz
  • Anonim
    Resid-32 · 1 Dekabr 16:2201

    ))

    Cavab yaz
    • Anonim
      ayka · 1 Dekabr 17:4800

      ayka Reşid 32 cavabin yoxdur diyesen

      Cavab yaz
  • Anonim
    Ilham · 1 Dekabr 16:5800

    Sende ay insafsiz gelin.hec olmazsa ineye su veresi bir vedra tergiseydin dunya dagilardi?)))

    Cavab yaz
  • Anonim
    te · 1 Dekabr 16:5920

    Aile dagilanda usaqlarin atasiz ve ya anasiz qalacagini fikirlesmekdense, gor ne fikirlesirler.Cahil insanlar.

    Cavab yaz
  • Anonim
    vito · 1 Dekabr 17:0400

    .bunlarin hamisi istismar olunub. Ve hecne qayida bilme .o.zaman mumkundur ki ewiyalarin uzerinde istehsal budetinen evvel tarixi olsaydi

    Cavab yaz
  • Anonim
    cinare · 1 Dekabr 18:0501

    Neynemeli idiki?oglana saxlamali idi?belkede o qizin o xirda ewyalara hec ehtiyaci yoxu.amma telebi normaldi.o cehizi veren valideyn nece iller iwleyib alib Allah bilir.hele o qizi nece zulmle onuda biz bilmerik.amma mene cox duz edib

    Cavab yaz
  • Anonim
    ayten · 1 Dekabr 18:5301

    eslinde duz edib cunki yoldasi basqasiyla aile qurub onun cehizini niye isletmelidi biz ele her meseleye ayibdi deyirik o,da usaxlarinin ruzisinin yerine isledecek esyalar almalidi neye gore hec belkede o ata alimentini bele vermeyecek.qizillar onsuzda qadinin olmalidi evvelden kimin neyi var ozunun sonradan alinanlar ise yari bolunmelidi.

    Cavab yaz
  • Anonim
    www · 1 Dekabr 19:3400

    Ele belencidi deye er bunu bosuyubda sonundada ac gozluyunu tesdiq edib ozu birdeki yola getmiyen ailedense bosanmasi yaxsidir qadin pisdirse kisi dizmeli deyilki bu heyat insana bir defe verilir

    Cavab yaz
  • Anonim
    www · 1 Dekabr 19:3600

    Siz narahat olmayin bu qadin almentini bir sekilde alacaq qaba gore mehkeme muraciyet edibse gor alment vaxtinda verilmese ne eder artiqlamasiynan almenti alacaq bundaki o uz var alacaq

    Cavab yaz
  • Anonim
    asi · 1 Dekabr 19:5901

    Bayyy nə qəşəng qərardı))O vaxt mənə də cehiz əvəzi pul vermişdi atam.Özdə hamısı dollarla)...Gərək boşanam)))..

    Cavab yaz
    • Anonim
      Ilham · 1 Dekabr 20:0700

      Xosbextliyi pulda gorursuzse,durma,yol basla.

      Cavab yaz
      • Anonim
        asi · 1 Dekabr 20:3800

        Hər halda ciddi olmadığımı anlamış olmamısınız..Ciddiyə qalsa sarsaq qərardı..Cehiz gətirib və 12 il ərzində özü istifadə edib.Bunu təzədən ərdən tələb etmək ağılsızlıqdı..Onda ər də öz tərəfindən gəlin evinə gedən xonçalar,şirniyyatlar,pal paltar,ayaqqabı,qızıl,gəlinlik donu haqqını,saç düzümü haqqını tələb etsin)..

        Cavab yaz
        • Anonim
          Ilham · 1 Dekabr 21:0900

          Xeyir.Men ciddi adamam.Zarafat zad bilmirem.Ele bildim dogrudan deyirsiz.))inanmisdim haa.))

          Cavab yaz
  • Anonim
    Adsiz · 1 Dekabr 22:3400

    Bawa duwmedim, qadin getirdiyi cehizi 12 il ozu iwledib, indi onun pulunu erinden isteyir, axi o weyleri ozu iwlwdib, nece isteyir pulunu, bunu da ewitdik,biabirciliq

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 1 Dekabr 22:4800

      Yeqin vekili guclu olub....

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.