Ölkə

Metroda intihara cəhd edən kişi: "Nə kredit? Nə borc?"

1 Dekabr 2016 13:42
8 Şərh     Baxış: 4 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Koroğlu" metro stansiyasında özünü qatarın altına atan 65 yaşlı Nəsir Əhmədov intihar cəhdinə aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, Nəsir Əhmədov aznews.az-a açıqlamasında qəflətən başı fırlanıb yıxıldığını qeyd edib: 

"Yaxşıyam. Ayağımı gipsə salıblar. Ağrım-acım yoxdur. Səhər həkimə gedəcəm, gipsi açacaqlar. Mən özümü atmamışam. Yalan yazıblar. Təzyiqim artıb, başım fırlanıb, yıxılmışam. Özünü qatarın altına atan şəxs sağ-salamat gəzər? İzahat da vermişəm ki, ayağım səkiyə dəyib, yıxılmışam. Nə kredit? Nə borc?"

Nəsir Əhmədov ailəsini aldadıb məlumat alan şəxslərdən şikayət edəcəyini vurğulayıb:

"Mən şikayət edəcəyəm. Evdə uşaq olub. Aldadıblar ki, "sizə yardım edəcəyik". Şirkət adı ilə uşaqdan yalandan məlumat alıblar. Borcumun olması mənim şəxsi işimdir. Mən bilərəm". 

Nəsir Əhmədovun həyat yoldaşı Yaqut Əhmədova qızının mebeli üçün borclu olduqları kreditin ödənildiyini deyib: 

"Nəsir yaxşıdır, çay içir, vəziyyəti də əladır. Sabah həkimə aparacağıq, baxacaqlar. Sağ olsun, həkimlər ona yaxşı baxıblar. Dərman aldıq, amma atmadı. Çünki ağrısı yoxdur. Krediti də ödədik, heç nə qalmayıb. Özümüz də əlayıq". 

Noyabrın 30-da səhər 09:20 radələrində metroda intihara cəhd qeydə alınıb. 1951-ci təvəllüdlü, Nardaran sakini olan Əhmədov Nəsir Əlihüseyn oğlu özünü "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. Faktla bağlı araşdırmaya başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.