Ölkə

Nazir: "Büdcəyə yenidən baxıla bilər"

1 Dekabr 2016 11:41
Baxış: 997

Azərbaycan Milli Məclisinin 5 komitəsi - Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitəsi, Elm və təhsil, Mədəniyyət, Əmək və sosial siyasət komitələrinin birgə iclasında 2017-ci ilin büdcə zərfinə daxil olan layihələrin müzakirəsinə başlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, maliyyə naziri Samir Şərifov bildirib ki, milli valyutanın devalvasiyasına baxmayaraq, yenə də manatın məzənnəsi təzyiqlərə məruz qalmaqdadır.
O qeyd edib ki, xərclərin optimallaşdırılaraq səmərəliliyin daha da artırılması, xarici öhdəliklərin vaxtında və tam yerinə yetirilməsi üçün maliyyə təminatının yaradılması nəzərdə tutulub.
"Xam neftin qiymətinin daha da ucuzlaşması risk faktorudur. Neftin qiymətinin büdcədə nəzərdə tutulan 40 dollar/bareldən daha da azalması, qeyri-neft sektorunda artımın nəzərdə tutulan səviyyədə olmaması (2017-ci ildə ÜDM-in 1%, qeyri-neft sektoru üzrə ÜDM-in 2,5% artımı), artımın gec olması və xarici mühitdəki digər mənfi meyillər nəticəsində dövlət büdcəsinin icrasında çətinliklər mümkün ola bilər. Kəsiri bağlamaq üçün xərclərin azaldılması istiqamətində atılacaq addımlar kifayət etmədikdə büdcəyə yenidən baxıla bilər", - deyə S.Şərifov qeyd edib.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.