Ölkə

Bakının məşhur başıbəlalı küçəsi təmir olunub - FOTO

1 Dekabr 2016 11:37
1 Şərh     Baxış: 4 567

Bakının Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində təmir işləri aparılaraq yekunlaşdırılıb. Təmir işləri yolun Əhməd Rəcəbli və Şövkət Məmmədova küçələri arasında yerləşən 750 m-lik hissəsində aparılıb.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, aparılan təmir-tikinti işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb və küçənin 10 min kv.m-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib.

Bundan başqa, 1500 p/m köhnə səki daşı yenisi ilə əvəzlənib, mövcud piyada səkiləri isə bərpa edilərək asfaltlanıb. Bundan başqa, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları qoyulub, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.

Təmir-tikinti işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, ərazidə yeni su və kanalizasiya xətləri çəkilib. Avtonəqliyyat vasitələrinin normal hərəkətini təşkil etmək üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılıb.

İşlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında həyata keçirilib.

Qeyd edək ki, Cəfər Xəndan küçəsində təmir işləri Bakı şəhərində avtonəqliyyat vasitələrini və vətəndaşların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində atılan kompleks addımlar çərçivəsində aparılıb.

Yusif Nəsirli

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Araz · 1 Dekabr 14:3700

    Bunu axira qeder cefer xandan kucesini axira qeder lukoile qosha zaprafkaya qeder eliyerdilerde.o derefler lap pus gundedi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.