Ölkə

Xızı-Altıağac avtomobil yolundakı sürüşmənin qarşısı alınır

1 Dekabr 2016 11:31
0 Şərh     Baxış: 391

Xızı-Altıağac avtomobil yolunda baş vermiş sürüşmənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Qurum rəsmisi bildirib ki, sürüşmə hadisəsi yenidənqurma işləri aparılan yolda baş verib: "Hazırda yolda tikinti işləri aparılır, yol yenidən qurulur. Əvvəllər həmin ərazidə sürüşmə hadisəsi olmayıb. Bu, həmin yolda ilk sürüşmə hadisəsidir. Gələcəkdə belə hadisənin baş verməməsi üçün yolda sürüşmə ərazisində qabaqlayıcı tədbirlər, lazımi mühəndis qurğuları da inşa olunacaq".

A.Nəcəfli bildirib ki, sürüşmə hadisəsinin baş verməsinə baxmayaraq, yolda hərəkət dayanmayıb və hazırda avtomobillərin hərəkətində çətinliklər yoxdur.

Xatırladaq ki, noyabrın 30-da Xızı-Altıağac avtomobil yolunda sürüşmə baş verib. Sürüşmə yolun 11-ci km-də 700 metr məsafəni, 3-cü km-də isə 250 metr məsafəni əhatə edib.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.