Ölkə

Bərdədə evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb - FOTO

1 Dekabr 2016 12:07
1 Şərh     Baxış: 634

Bərdə rayonunda oğurluq baş verib. 

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Pişəvəri küçəsində yaşayan Ramil Ələkbərova məxsus evdə qeydə alınıb.
Belə ki, naməlum şəxs gecə saatlarında evə pəncərədən girib və oradan külli miqdarda qızıl-zinət əşyalarını oğurlayıb.
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı oğurluqda şübhəli bilinən rayon sakini, 25 yaşlı Kənan Rafael oğlu Qasımzadə saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, K.Qasımzadə R.Ələkbərovun mənzilindən oğurladığı 100 qrama yaxın qızıl-zinət əşyalarını qızıl alqı-satqısı ilə məşğul olan Arif Əmrahova 2300 manata satıb. Oğurlanan qızıllar maddi sübut kimi geri götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.