Ölkə

Sürüşmə ərazilərində təhlükənin qarşısını almaq üçün YENİ NORMALAR hazırlandı

1 Dekabr 2016 09:05
1 Şərh     Baxış: 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ərazilərin, binaların sürüşmə və uçqunlardan mühafizəsi üçün məcburi tətbiq olunacaq yeni normalar hazırlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeni tələblər "Ərazilərin, bina və qurğuların sürüşmə və uçqunlardan mühəndis mühafizəsi" adlı sənəd layihəsində əks olunub.

Bu normalar ərazilərin, bina və qurğuların sürüşmə və uçqun proseslərindən mühəndis mühafizəsinin tikinti və istismarının layihələndirilməsinə şamil olunacaq.

Yeni normalar mülkiyyət formasından asılı olmayaraq, sürüşmə və uçqunlardan obyektlərin mühəndis mühafizə layihələndirilməsini, tikintisini və istismarını həyata keçirən bütün hüquqi və fiziki şəxslər üçün məcburi olacaq.

Layihəyə əsasən, seysmik rayonlarda və digər təhlükəli geoloji proseslərin (sualtında qalma, subasma, eroziya, abraziya, karstlaşma və s.) inkişaf etdiyi rayonlarda obyektlərin sürüşmə və uçqun proseslərindən mühafizəsini layihələndirdikdə tikinti norma və qaydaların əlavə tələbləri də nəzərə alınmalıdır.

Quraqlıq ərazilərdə ot örtüklərinin, kolluqların və ağacların suvarılması üçün verilən suyun miqdarına ciddi nəzarət olunmalı, əksər hallarda isə müasir damla ilə suvarma metodundan istifadə olunmalıdır.

Mühəndis mühafizəsi obyektlərinin tikintisi zamanı, xüsusilə yaz, payız və yağışlı müddətdə nəzərdə tutulmayan işlərin görülməsi və fasilələrin edilməsi qəti qadağandır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.