Ölkə

Yeni ildə neçə gün iş olmayacaq? - Tətil günləri AÇIQLANDI

28 Noyabr 2016 17:00
8 Şərh     Baxış: 37 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti 2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında qərar verib.

Milli.Az xəbər verir ki, Nazirlər Kabinetindən qafqazinfo-ya daxil olan xəbərə görə, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 26, 27 iyun Ramazan bayramı, 1, 2 sentyabr Qurban bayramıdır.

2016-cı il ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar qeyri-iş günüdür. 2017-ci ilin yanvarın 1, 2-də Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq. Əmək Məcəlləsinə əsasən, dekabrın 31-i həftənin şənbə, yanvarın 1-i isə bazar gününə təsadüf etdiyindən yanvarın 3-ü və 4-ü də iş olmayacaq. Yanvarın 5-i isə iş günü hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.