Ölkə

Aygün Kazımova ilə VİDEOsu yayılan komandir: "Həbsxanadan təzə çıxmışdım..." - FOTO

25 Noyabr 2016 17:49
22 Şərh     Baxış: 21 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarabağ müharibəsində vuruşmuş, "Bozqurd" batalyonunun komandiri Nurəddin Xoca femida.az-a müsahibə verib.

Milli.Az xəbər verir ki, o, müğənni Aygün Kazımova ilə mətbuatda yayılan videosundan danışıb: "Həmin video 1993-cü ildə Bakıda yerləşən "İstanbul" restoranında çəkilib. Mən həbsxanadan təzə çıxmışdım. Uşaqlar qonaqlıq verirdilər. Aygün də orada müğənni kimi oxuyurdu. Elə oldu ki, bir yerdə rəqs etdik.

O vaxt mən komandir deyildim. Aygün Kazımovayla tanışlığımız müharibə illərində olub. Könüllü kimi o da bizim batalyona qoşulmuşdu. O, mənim batalyonumda Qubadlıya, Zəngilana qədər gedib. Tibb bacısı olsa da, avtomatı da var idi. Atmağı da bacarırdı. Bunu hər kəs görüb. Aygünü də, məni də, digərlərini çəkiblər. İstəsələr, göstərərlər. Batalyonlarda qadınlar da olurdu. Bu təbii haldır". 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.