Ölkə

Nadir təyyarədə qalmaqaldan danışdı: "Qanun qarşısında cavab verəcək" - YENİLƏNİB

21 Noyabr 2016 16:00
8 Şərh     Baxış: 3 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:00

Mətbuatda müğənni Nadir Qafarzadə ilə Rusiyanın "Aeroflot" şirkətinin əməkdaşı arasında insident baş verməsi xəbəri dərc olunub. Məlumatı dəqiqləşdirmək üçün Milli.Az müğənni N.Qafarzadə ilə əlaqə saxladı. İfaçı isə bu xəbəri təkzib etdi:

"Öncə bildirim ki, mən "Aeroflot"la yox, "Azal"la uçmuşam. Bu xəbər isə kökündən yalandır. Məlumatı dəqiqləşdirmək üçün mənə bir jurnalist zəng etdi, söylədim ki, "yalandır". Bu tip xəbərləri mənim düşmənlərım yayırlar. Mən heç siqaret çəkmirəm, o ki qaldı içki içəm. Bəzi saytlar artıq bilmirlər ki, barəmdə nə yazsınlar ki, reytinq qazansınlar. Amma indidən xəbərdarlıq edirəm ki, barəmdə hər hansı bir əsassız yazı dərc edənlər qanun qarşısında cavab verməli olacaqlar". 

Qeyd edək ki, qafqazinfo.az N.Qafarzadənin Moskva-Bakı səfəri zamanı stüardessa ilə mübahisə etdiyi barədə xəbər yazıb. Xəbərdə bildirilirdi ki, mübahisəyə səbəb Nadirin əlavə spirtli içki istəməsi olub. 

-----------

15:47

Müğənni Nadir Qafarzadə ilə Rusiyanın "Aeroflot" şirkətinin əməkdaşı arasında insident baş verib.

Milli.Az xəbər verir ki, hadisənin şahidləri qafqazinfo-ya bildirib ki, sənətçi bir həftə əvvəl Moskva-Bakı səfəri zamanı stüardessa ilə mübahisə edib.

Mübahisəyə səbəb isə Nadirin əlavə spirtli içki istəməsi olub. Şirkət əməkdaşı isə bunun üçün müğənninin ödəniş etməli olduğunu qeyd edib.

Bundan sonra sənətçi əsəbləşərək stüardessanı təhqir edib. Onlar arasında mübahisə yaranıb.

"Aeroflot" nümayəndəsi isə aidiyyatı orqanlara müraciət edib. Şikayətçi iddia edib ki, Nadir, mübahisə zamanı onu telefonla videoya çəkib.

Sayt məsələ ilə bağlı N. Qafarzadə ilə əlaqə saxlayıb. İfaçı yayılan xəbəri təkzib edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.