Ölkə

Nardaranda polis əməliyyatı: Xeyli hərbi sursat aşkar edilib, saxlanılan var - VİDEO - FOTO

2 Noyabr 2016 11:19
Baxış: 2 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilərək yığılması məqsədilə daxili işlər orqanları tərəfindən Sabunçu rayonu Nardaran qəsəbəsində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.
 

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum edilmiş Nardaran qəsəbə sakini Orxan Qasımov şübhəli şəxs qismində saxlanılıb.

Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 0.810 qram heroin aşkar edilərək götürülüb.

O.Qasımovun ətrafında əlavə olaraq keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun Nardaran qəsəbəsi, Abşeron küçəsində hasarın dibində gizlətdiyi 23 ədəd qumbara alışqanı, 3 ədəd "Makarov" tipli tapançaya məxsus güllə, 2 ədəd qumbara alışdırıcısı, 2 ədəd bıçaq, 16 ədəd alışdırıcısı və 8 ədəd fitil aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat, partlayıcı maddə və qurğular könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.

Qeyd edək ki, könüllü olaraq polisə təqdim edilən qanunsuz silah-sursata görə vətəndaş məsuliyyətə cəlb edilmir.

Analoji hal polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edildiyi halda isə, qanunsuz odlu silah-sursat saxlayan şəxs Cinayət Məcəlləsinin  müvafiq maddələri ilə məsuliyyətə cəlb ediləcək.

Pünhan Mirzə

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Nardaranda polis əməliyyatı: Xeyli hərbi sursat aşkar edilib, saxlanılan var

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.