Ölkə

Məktəblərə istiliyin tez verilməsi mümkündürmü? - RƏSMİ

28 Oktyabr 2016 14:27
2 Şərh     Baxış: 1 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Havaların kəskin soyuması ilə əlaqədar sosial obyektlərə, o cümlədən orta ümumtəhsil məktəblərinə istiliyin verilməsi nəzərdə tutulmuş vaxtdan, yəni noyabr ayının 15-dən daha tez baş tuta bilər".

Milli.Az bildirir ki, bunu APA-ya açıqlamasında "Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.
 
R. Əliyev bildirib ki, bunun üçün həmin tədris müəssisələrindən müraciət daxil olmalıdır.
 
"Bu məsələ "Azəristiliktəchizat" ASC ilə Bakı şəhər Təhsil İdarəsi, regional təhsil idarələri arasında bağlanan müqavilələrlə tənzimlənir. Müqavilə 5 aylıq müddətə bağlanır, çünki dövlət tərəfindən onlara 5 aylıq limit ayrılıb. Əgər müvafiq müraciətlər daxil olarsa, biz istiliyin verilişini vaxtından əvvələ həyata keçirə bilərik. Hazırda bir sıra internat məktəbləri, doğum evi, xəstəxanalar tərəfindən müraciətlər daxil olduğundan biz həmin müəssisələri istiliklə təmin edirik. Lakin orta məktəblərdən hələlik müraciət daxil olmayıb. Yalnız dağlıq ərazilərdə istiliyin verilişinə noyabr ayının 1-dən başlanacaq", - deyə o vurğulayıb.
 
Qeyd edək ki, havaların soyuq keçməsi ilə əlaqədar orta məktəb şagirdləri arasında xəstələnmə halları artdığına görə istilik təchizatına daha tez başlanması məsələsi gündəmə gəlib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.