Ölkə

Nazirin əmri ilə keçmiş polislə bağlı istintaq başladı

28 Oktyabr 2016 10:23
0 Şərh     Baxış: 1 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arvadı həbsdə olan və məhkəməsi davam edən keçmiş polis rəisi Mahir Əkbərov barəsində açılmış cinayət işi üzrə araşdırmalara başlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin Ağır Cinayətlərin İstintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, mayor Aqil Ələsgərovun qərarı ilə baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən Cinayət Məcəlləsinin 320.1-ci maddəsi üzrə başladılan cinayət işinin istintaqı ayrılıb. Bu maddə ilə Mahir Əkbərovun zərərçəkmiş Dəyanət Məmmədova saxta əmək kitabçası hazırlatdırıb verməsi halı araşdırılır.

İstintaq zamanı məlum olub ki, keçmiş polis rəisi M.Əkbərov zərərçəkən D.Məmmədova saxta əmək kitabçası düzəltməyi vəd edib. Bununla bağlı, hər iki şəxs 2014-cü ilin avqust ayında Ağciyər Xəstəlikləri xəstəxanasında müalicə alan 13 saylı Rayonlararası Təmir-Tikinti Quraşdırma Trestinin rəhbəri Arif Şirinovla görüşüblər. A.Şirinov M.Əkbərovun ona verdiyi boş əmək kitabçasına D.Məmmədovun 2007-ci ildən həmin RTTQT-də menecer vəzifəsində işlədiyini qeyd edib və üzərində gəzdirdiyi möhürlə təsdiqləyib. M.Əkbərov həmin əmək kitabçasını D.Məmmədova verib, əvəzində isə 800 manat alıb.

A.Şirinov barəsində Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi başlanılıb və ona qarşı irəli sürülən ittiham istintaqda tam sübuta yetirilib. Lakin A.Şirinovun 2014-cü ilin dekabr ayında müalicə olunduğu xəstəxanada vəfat etməsi onun məhkəmə qarşısına çıxarılmasını əngəlləyib.

Qeyd edək ki, sabiq rəisin xanımı Leyla Əkbərova da bir neçə şəxsdən külli mqidarda pul alaraq onları müxtəlif yerlərdə işə düzəldəcəyini vəd edib. Lakin vədinə əməl etməyib və pulu da geri qaytarmayıb. Bununla yanaşı, həmin şəxslərə saxta sənədlər təqdim edib. Şikayətlər əsasında, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdar dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanılıb.

Zərərçəkmiş şəxslər və şahidlər L.Əkbərovanın bu işlərində ona əri, Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi olmuş, mayor Mahir Əkbərovun birbaşa olaraq kömək etdiyini, hətta bir neçə epizodda M.Əkbərovun cinayəti təkbaşına etdiyini bildiriblər.

L.Əkbərova ilə bağlı hissədə istintaq tamamlanıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılır.

M.Əkbərov da arvadının işində şahid qismində tanınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.