Ölkə

Cəlilabadda çay məcrasından çıxdı - obyektləri su basdı - FOTO

26 Oktyabr 2016 16:37
0 Şərh     Baxış: 1 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yağan intensiv yağışlar Cəlilabadda bir sıra fəsadlar törədib.

Milli.Az APA-ya istinadən bildirir ki, rayon mərkəzindən keçən Mişarçay çayı üzərindəki sututarda suyun səviyyəsi maksimum həddə çatıb.
 
Ərazidəki bəndin dağılma təhlükəsi yarandığı üçün qabaqlayıcı tədbirlər görülür.
 
Su axınını təmin edən alternativ kanal körpünün qarşısında qazıldığı üçün Petrovka adlanan yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi tamam kəsilib.
 
Mişarçay çayının məcrasından çıxması səbəbindən bir sıra iaşə obyekti su altında qalıb. Hazırda rayonun müvafiq qurumları selin qarşısını almaq üçün ağır texnikanın köməyi ilə qabaqlayıcı tədbirlər görür. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.