Ölkə

Azərbaycanda yeni unikal bərələr tikiləcək - YENİLƏNİB - FOTO

26 Oktyabr 2016 18:12
2 Şərh     Baxış: 1 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:12

Azərbaycanda iki yeni unikal "Ro-Pax" tipli bərələrin tikintisi ilə bağlı müqavilə imzalanıb.

Trend-in məlumatına görə, gəmilər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sifarişi ilə "Baku Shipyard" gəmiqayırma zavodunda inşa olunacaq.

Müqavilənin ümumi dəyəri 132 milyon dollar təşkil edir.

Sənədi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev və "Baku Shipyard"ın baş meneceri Hu Çonq Lam imzalayıblar.

Mərasimdə iqtisadiyyat naziri Şahin Mustafayev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov iştirak ediblər.

Bərələr yük və sərnişin daşımalar üçün nəzərdə tutulub. dedveyti 5540 ton olan gəminin göyərtəsinə 56 sistern (12 metrlik), 46 yarımvaqon (13,9 m), 44 yük vaqonu (14,7 m), 50 yük maşını yerləşdirilə bilər, həmçinin 100 sərnişin yeri var.

----------

16:44

Azərbaycanda iki yeni unikal "Ro-Pax" tipli bərələrin tikintisi ilə bağlı müqavilə imzalanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, gəmilər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sifarişi ilə "Baku Shipyard" gəmiqayırma zavodunda inşa olunacaq.

Müqavilənin ümumi dəyəri 132 milyon dollar təşkil edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.