Ölkə

"İnsanları soymaqla məşğuldurlar" - Deputatdan ittiham

26 Oktyabr 2016 16:30
0 Şərh     Baxış: 2 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Psixoloji mərkəz adı altında yerlər açılıb ki, onlar insanları soymaqla məşğuldur.

Milli.Az modern.az-a istinadən bildirir ki, bunu xanım deputat Kamilə Əliyeva "Psixoloji yardım haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, həmin yerlərdə işləyənlərin çoxu müəyyən sertifikat almaqa insanların, xüsusilə də uşaqların gələcək taleyi ilə məşğul olurlar: "Bu da qanunazidd hərəkətlərdir. Bu cür "psixoloqlar" var. Bu əgər psixoloji mərkəzdirsə, psixoloji yardım göstərməlidir. Həmin yer müalicə məsələlərinə aid olmalı deyil. Bəziləri autizm, daun sindromu və s. bu kimi irsi xəstəlikləri müalicə olunur sözü altında fəaliyyət göstərir. Buna görə, əlbəttə ki, onların rəhbərləri məsuliyyət daşımalıdır. Bunlar soyğunuçuluqla məşğuldur. Bununla bağlı valideynlər bizə şikayət edirlər".

Kamilə Əliyeva müəllimlərin işə qəbul zamanı psixoloji testdən keçirilməsini təklif edib: "Müəllimlərin özləri də psixoloji testlərdən keçməlidir. Mətbuatda rast gəlirik ki, şagird ilə müəllim arasında xoşagəlməz hallar olur. Bir neçə dəfə olub ki, şagirdlər döyülüb. Bu baxımdan müəllimlərin işə qəbul zamanı psixoloji testdən keçirilməsi yaxşı olardı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.