Ölkə

Psixoloji yardım qaydaları yenilənir

26 Oktyabr 2016 14:09
0 Şərh     Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Məclisinin Səhiyyə Komitəsinin iclasında "Psixoloji yardım haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu qanun layihəsində psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqları və vəzifələri müəyyən edilir, psixoloji yardım göstərilməsi sahəsində münasibətlər tənzimlənir.

Qanun layihəsinə əsasən, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər psixoloji yardım üzrə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edirlər. Psixoloji yardımın növləri psixoloji məsləhət, psixoloji korreksiya və psixoloji proflaktikadır. Dövlət vətəndaşların vaxtında, keyfiyyətli psixoloji yardım almaq hüququna təminat verir. Psixoloji yardım alan şəxslərin arzusu ilə ona xidmət anonim göstərilə bilər. Mülkiyyət növündən asılı olmayaraq istənilən səhiyyə müəssisələrində psixoloji yardımın göstərilməsi ilə təhsili klinik psixologiya üzrə magistr dərəcəsindən aşağı olmayan mütəxəssislər məşğul ola bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.