Ölkə

Əli Abbasov barəsində cinayət işinin başlanması haqda xəbərlərə münasibət bildirib

26 Oktyabr 2016 14:28
Baxış: 4 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində cinayət işinin başlanması haqda yayılan xəbərlərə münasibət bildirib.

Sabiq nazir APA-ya açıqlamasında deyib ki, barəsində cinayət işi başlanmayıb, yayılan xəbərlər həqiqəti əks etdirmir və dezinformasiyadır.
 
O, hazırda evində olduğunu da əlavə edib.
 
Qeyd edək ki, KİV-də sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində ayrıca cinayət işi başlanması ilə bağlı xəbərlər yayılıb. Sabiq nazirin barəsində cinayət işinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksək rütbəli əməkdaşları barədə başlanmış cinayət işindən ayrıldığı və ayrıca icraata verildiyi də iddia olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.