Ölkə

Ciddi nöqsanlara görə işdən çıxarılan şöbə rəisinə yeni vəzifə verildi

25 Oktyabr 2016 16:11
0 Şərh     Baxış: 2 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili işlər orqanlarında yeni təyinat olub.

Milli.Az APA-ya istinadən bildirir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Ayxan Bağırov Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəisi təyin edilib.
 
Xatırladaq ki, bir müddət əvvəl 39-cu Polis Bölməsinin rəisi Urxan Şirinov tutduğu vəzifədən azad edilərək 41-ci Polis Bölməsinin rəisi təyin olunub. 
 
Qeyd edək ki,  2014-cü ildə Mirqafar Seyidov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunduqdan sonra idarənin bir qrup əməkdaşı işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifədən azad olunub. İşdən çıxarılanlar arasında Baş İdarənin Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov da olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.