Ölkə

Heydər Əliyev Mərkəzində tanınmış meksikalı heykəltəraş Xorxe Marinin sərgisi açılacaq - VİDEO

25 Oktyabr 2016 12:25
Baxış: 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 28-də Heydər Əliyev Mərkəzində tanınmış meksikalı rəssam və heykəltəraş Xorxe Marinin (Jorge Marin) "Varlığın canlanması" (The Reconstruction of the Being) adlı fərdi sərgisinin açılışı olacaq. Milli.Az Trend-ə istinadən bildirir ki, ekspozisiyada sənətkarın son illərdə yaratdığı monumental əsərlər nümayiş olunacaq. Bu, Xorxe Marinin Şərqi Avropa regionunda ilk sərgisidir.

"Varlığın canlanması" adlı sərgi bir-birindən fərqlənən üç hissədən ibarətdir: "İnsan cəmiyyətdə", "İnsan kosmosda" və "İnsan bir cisim və şüur kimi". Sərginin adı sənətkarın şəxsi inkişafını, "özü"nü parçalayıb və sonradan tamaşaçıların Xorxe Marinin Heydər Əliyev Mərkəzindəki bürünc heykəlləri ilə canlı ünsiyyəti nəticəsində yenidən yığılmasını əks etdirir.

53 yaşlı Xorxe Marin 25 ildən artıqdır ki, yaradıcılıqla məşğuldur. Uzun sürən axtarışlardan sonra o, özünüifadəetmə vasitələri arasında bürüncə üstünlük verib və beləliklə, bu material onun yaradıcılığının səciyyəvi elementinə cevrilib. Xorxe Marin kiçik fiqurlardan monumental heykəllərə qədər müxtəlif ölcülü əsərlər yaradır. Onun işləri istər Meksikada, istərsə də digər ölkələrdə müxtəlif ictimai yerlərdə nümayiş olunub.

Xorxe Marin 250-dən cox fərdi və birgə sərgilərdə iştirak edib. Onun əsərləri Fransa, İspaniya, Portuqaliya, Turkiyə, Almaniya, Belçika, Macarıstan, Rumıniya, Kosta-Rika, Panama, Salvador, Qvatemala, Kanada, ABŞ, İngiltərə, Rusiya, Danimarka, Latviya, Serbiya, Sinqapur, Çin, Honkonq və İndoneziyanın muzey və qalereyalarında sərgilənib.

Heydər Əliyev Mərkəzində açılan sərgi 2017-ci il martın 31-dək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.