Ölkə

Rayon icra başçısı pambıq yığımında iştirak edib - FOTO

25 Oktyabr 2016 12:28
3 Şərh     Baxış: 1 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyləqan rayon icra hakimiyyətinin başcısı Vaqif Abdullayev pambıq əkən fermerlərə dəstək aksiyasında iştirak edib.

Milli.Az report-a istinadən bildirir ki, icra başçısı təhsil, mədəniyyət və səhiyyə işçiləri ilə birlikdə pambıq yığımına qatılıb. 
Hazırda Beyləqanda pambıq yığımı davam edir. Hava şəraitinə görə məhsul tarlalardan qısa müddətdə toplanmalıdır. Havaların yağmurlu keçməsi pambıq yığımının ləngiməsi, məhsulun sahələrdə qalması ilə nəticələnə bilər.
Qeyd edək ki, Beyləqan rayon statistika idarəsinin verdiyi məlumata görə, 2016-cı ildə rayonda 3958 hektar sahədə pambıq becərilib. Bu, ötən illə müqayisədə 1879 hektar çoxdur. Bu günədək tarlalardan 3245 ton məhsul toplanıb. Yığılan pambıq rayonda faliyyət göstərən iki pambıq istehsalı və emalı zavoduna təhvil verilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.