Ölkə

İsmayıllıda sürüşmə zonasından sakinlərin köçürülməsinə başlanılıb

25 Oktyabr 2016 11:45
1 Şərh     Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İsmayıllı rayonunda torpaq sürüşməsi səbəbindən artıq bir ailə yaşadığı evindən təxliyə edilib".

Milli.Az bildirir ki, bunu report-a rayon fövqəladə hallar komissiyasının sədri, icra başçısının müavini Rövşən Ağayev deyib. 

R.Ağayev qeyd edib ki, İsmayıllı rayonunda sürüşmə zonasında sakinlərin köçürülməsinə başlanılıb: "İsmayıllı rayonunun Diyallı və Sədiyan kəndlərində baş verən torpaq sürüşməsi nəticəsində yaşayış məntəqələrində təhlükə daha da artıb. Rayonun Sədiyan kənd sakini Ağalı Əliyev 6 nəfərdən ibarət ailəsi ilə birlikdə evindən təxliyə edilib, daha uç ailəyə xəbərdarlıq edilib. Ümumilikdə sakinlərə bildirmişik ki, əgər sürüşmənin ərazisi genişlənərsə, dərhal evlərini boşaltsınlar və müvəqqəti olaraq qohumlarının evində məskunlaşsınlar".
Qeyd edək ki, sürüşmə nəticəsində Sədiyan kəndində dərinliyi 1,5 və eni 3 metr olmaqla təxminən 300 metr uzunluğunda yarğan əmələ gəlib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.