Ölkə

Bakıda 6 yaşlı qızı zorlayan şəxsə HÖKM OXUNDU

24 Oktyabr 2016 18:04
14 Şərh     Baxış: 4 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 6 yaşlı qızı zorlamaq və seksual xarakterli hərəkətlər törətməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Ağalar Hümbətovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Ağalar Hümbətov 18 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, A. Hümbətov Xətai rayonunda bibisi nəvəsi 6 yaşlı qızı evdə tək olan zaman zorlayaraq seksual xarakterli hərəkətlər edib. Uşağın valideynləri bundan xəbər tutaraq polisə şikayət ediblər. Polis tərəfindən həbs edilən A.Hümbətov Cinayət Məcəlləsinin 130 (zəruri müdafiə həddini pozmaq), 149 (zorlama), 150 (seksual xarakterli hərəkətlər törətmə) maddələri ilə ittiham edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.