Ölkə

Millət vəkili: "Guya ki, bu, fiqura üçün yaxşıdır"

24 Oktyabr 2016 16:13
0 Şərh     Baxış: 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün ehtiyac olmadığı təqdirdə özəl klinikalarda qeysəriyyə əməliyyatı həyata keçirilir".

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, bunu Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev parlamentdə Avropa Parlament Forumu ilə birgə keçirilən dinləmələr zamanı deyib. O qeyd edib ki, təəssüflər olsun ki, qeysəriyyə əməliyyatların sayı artıb: "Biz araşdırdıq ki, bunu daha çox ailələr, qadınlar tələb edirlər. Guya ki, bu, fiqura üçün, rahat doğuş üçün yaxşıdır. Amma bütün bunlar yanlışdır. Sağlamlıq üçün təbii doğuşun həyata keçirilməsini həkimlər məsləhət görməlidirlər".

O eyni zamanda qız uşaqlarının doğulacağı təqdirdə onun abort edilməsinin çox yanlış olduğunu vurğulayıb: "Bu bizim mentalitetimizə ziddir. Uşağın cinsinə görə əməliyyat aparılması cinayət məsuliyyəti yaradır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.