Ölkə

Bakı dairəvi yolunda çökmə baş verib - YENİLƏNİB - AÇIQLAMA

24 Oktyabr 2016 15:34
0 Şərh     Baxış: 2 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:34

Bakı Dairəvi yolunun kənarında əmələ gələn çatlar təhlükəli deyil.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, həmin ərazidəki vəziyyət nəzarətdə saxlanılır.

A.Nəcəflinin səzlərinə görə, yolu inşa edən podratçı şirkətə bununla bağlı məlumat verilib:

"Onlara tapşırılıb ki, həmin hissənin bərpası həyata keçirilsin. Ərazidə təhlükəli vəziyyət yoxdur. Axırıncı intensiv yağışlar nəticəsində yol kənarına, çiyin hissəyə tökülmüş torpağın yumşalması ilə həmin hissədə çatlar əmələ gəlib. Yolun hərəkət hissəsinə doğru çatların böyüməsi mümkün deyil. Narahatlığa əsas yoxdur. Yaxın günlərdə həmin ərazi bərpa olunacaq".

---------

13:54

Bakı dairəvi avtomobil yolunun Bakı Atçılıq Mərkəzinin qarşısındakı hissəsində, yolun kənarında böyük çatların əmələ gəlməsinin səbəbi açıqlanıb.

Milli.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, ərazidəki su ötürücülərindən sızma baş verib, yolun kənarındakı tökmə torpaq doyub.

O qeyd edib ki, torpağın doyması nəticəsində çökmə baş verib, çatlar buna görə əmələ gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.