Ölkə

Bakıda hoteldə 33 yaşlı kişi damarlarını kəsdi

24 Oktyabr 2016 13:39
0 Şərh     Baxış: 1 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıdakı hotellərdən birində 33 yaşlı kişi öz qolunu doğrayıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Ağa Nemətulla küçəsində yerləşən dördulduzlu "Premier Expo" hotelində qeydə alınıb.
Hotelin hamam otağında 1983-cü il təvəllüdlü Namiq Əliyev qol damarlarını ülgüclə kəsərək intihar etməyə cəhd göstərib.

Çoxlu qan itirən yaralını otağa gəlmiş xadimə aşkar edib.
O, 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
N.Əliyevin intihara cəhd etməsinin səbəbləri araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.