Ölkə

Avtovağzal Ticarət Mərkəzi BAĞLANDI

24 Oktyabr 2016 13:21
1 Şərh     Baxış: 6 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Avtovağzal Kompleskinin ticarət mərkəzində bu gün səhər saatlarında işlər tam olaraq dayandırılıb.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, səbəb kimi Avtovağzal ərazisinə Vergi Müfəttişliyinin əməkdaşlarının ciddi yoxlamalar aparmaq üçün gəlmələri göstərilir.
 
Dükan sahiblərinin qeyd etdiyinə görə, müfəttişlər bütün sənədləri yerində olan dükanlara da cərimə yazır və təcili surətdə yazılan cərimələrin verilməsini tələb edirlər. Avtovağzal rəhbərliyi də məhz bu səbəbdən bütün obyektlərin bağlanması ilə bağlı tapşırıq verib.
 
Dükan sahiblərinin qeyd etdiyinə görə, avtovağzal ticarət mərkəzində 99% dükan bağlıdır. Ticarət mərkəzi tam olaraq qaranlığa qərq olub. Prosesin nə vaxta qədər davam edəcəyi məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.