Ölkə

Gömrük əməkdaşlarının məhkəməsi başladı - Qanunsuz qızıl gətiriblər

24 Oktyabr 2016 11:45
1 Şərh     Baxış: 1 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməkdə və qaçaqmalçılıqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin əməkdaşlarının cinayət işi üzrə məhkmə prosesi başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ilkin hazırlıq iclası baş tutub.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Onlardan 2-si həbsdə, 4-ü isə zamindədir. Biri Türkmənistan vətəndaşı, 5-i isə Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşlarının 4-ü Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarıdır.

Həbsdə olanlar DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsində inspektoru Neman Abbasov və Türkmənistan vətəndaşı Baylyyev Amandır.

Zamində olanlardan - Adil Kazımov, Aytəkin Tağıyeva Muxtar Qasımov DGK əməkdaşlarıdır, Ziyafət Qurbanova isə "Moskva" univermağında qızıl satışı ilə məşğuldur. Z.Qurbanova Türkmənistandan qaçaq yolu ilə gətirilən qızılların burada satışını təşkil edib.

Məhkəmə prosesi oktyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycana qanunsuz olaraq qızıl-zinət əşyaları gətirərək satmaqda təqsirləndirilirlər. Onlar Cinayət Məcəlləsinin 312-ci (rüşvət alma) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə təqsirləndirilirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.