Ölkə

"Uşaqlar üçün laboratoriya" layihəsi çərçivəsində növbəti təlim keçirilib - FOTO

24 Oktyabr 2016 10:18
Baxış: 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 22-də IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə həyata keçirdiyi "Uşaqlar üçün ekoloji laboratoriya" layihəsi çərçivəsində IDEA-nın Resurs Mərkəzində növbəti təlim keçirilib.

Milli.Az bildirir ki, IDEA-dan Trend-ə verilən məlumata görə, "Ümumdünya Ərzaq Günü"nə təsadüf edən oktyabr təlimi ekoloji təmiz və sağlam qidaya həsr olunub.

Təlim zamanı uşaqlara sağlam qida vərdişləri və təbii məhsulların xeyri barədə məlumat verilib, həmçinin ərzaqların ekoloji cəhətdən təmiz olduğunu necə müəyyən edilməsi izah olunub. Praktiki məşğələ zamanı sağlam və orqanik qida məhsullarının becərilməsi, zərərvericilərlə mübarizə, bitkilərə gübrə verilməsi, onların suvarılması və s. nümayiş olunub.

IDEA İctimai Birliyinin sıx əməkdaşlıq etdiyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ölkəmizdəki nümayəndəliyindən milli məsləhətçi Vüqar Bəşirov oktyabr laboratoriyasının xüsusi qonağı qismində çıxış edərək uşaqlara mövzu ilə bağlı geniş təqdimat keçirib. Oktyabr laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də ekoloji cəhətdən təmiz qidanın insan sağlamlığı üçün əhəmiyyətini kiçik yaşlardan dərk etmələri baxımından mühüm töhfə verib.

Təlimin sonunda IDEA İctimai Birliyi, FAO Azərbaycan nümayəndəliyi və "Sevimli Bala" təşkilatı tərəfindən iştirakçılara xatirə hədiyyələri təqdim edilib.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan "Uşaqlar üçün ekoloji laboratoriya"da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.