Ölkə

Yasamalda KÜTLƏVİ DAVA: Bir nəfərin üzünü doğradılar - YENİLƏNİB

24 Oktyabr 2016 11:47
10 Şərh     Baxış: 6 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:47

Bakının Yasamal rayonu, Abbas Məcid Şərifzadə küçəsindəki dava ilə əlaqədar saxlanılan yoxdur.

Bu barədə Trend-ə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Hər iki şəxs bir-birinə xəsarət yetirib:

"Hələlik saxlanılan yoxdur, döyülmə faktı olduğundan iş təhqiqata verilib. Hazırda faktla bağlı təhqiqat aparılır".

Xatırladaq ki, ötən gecə Bakının A.M.Şərifzadə küçəsində 5 nəfərdən ibarət qrupla 3 nəfər arasında söyüş üstündə baş verən mübahisə nəticəsində keçmiş məhkum Tural Musayevin üzünün hər iki tərəfinə ülgüclə xəsarət yetirilməsi barədə məlumat yayılmışdı.

-----------

10:12

Bakıda əvvəllər məhkum olunmuş şəxslə bir qrup gənc arasında ağır xəsarətlə nəticələnən dava düşüb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə ötən gecə Şərifzadə küçəsi, "Kaktus" restoranının yaxınlığında qeydə alınıb.
Belə ki, 5 nəfərdən ibarət qrupla 3 nəfər arasında söyüş üstündə mübahisə və əlbəyaxa dava olub. Dava bitdikdən sonra tərəflər barışığa dəvət edilib. Əvvəllər məhkum olunmuş Sahil adlı şəxslə Tural Musayev barışıq əlaməti olaraq qucaqlaşmaq üçün yaxınlaşıblar. Bu zaman Sahil cibindəki ülgüclə T.Musayevin üzünün hər iki tərəfinə xəsarət yetirib. Üz nahiyəsi iki yerə ayrılan T.Musayev 1 saylı Şəhər Kliniki Mərkəzə çatdırılıb. Onun üzərində keçirilən əməliyyat bir neçə saat davam edib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cəlb edilib. Dava zamanı Ceyhun adlı şəxsin də kəsici alətdən istifadə etdiyi məlum olub.
Araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.