Ölkə

Qonşusuna zamin durdu, pensiya pulundan oldu - VİDEO

22 Oktyabr 2016 10:41
0 Şərh     Baxış: 1 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qonşusu üçün oxumadan imzaladığı zaminlik sənədi başına iş açdı.

Milli.Az xəzərxəbər-ə istinadən bildirir ki, Şamaxı sakini Salman Babayev zamin durduğu qonşusunun borcunu ödəyir. Onun sözlərinə görə, bir neçə il əvvəl kredit müqaviləsi imzalanarkən bir neçə sənəd imzalayıb.

Salman Babayev deyir ki, imzaladığı sənədlərin heç biri ilə tanış olmayıb. İndi zamin durduğu adam həbs olunub. Məhkəmə qərarı ilə onun kredit borcu Salman Babayevin pensiya pulundan tutulur. Baxmayaraq ki, Salman Babayevə məhkəmədən xəbərdarlıq da olunmayıb.

Vəkil Xəyal Bəşirov bildirir ki, hər kəs başqasına zamin durarkən dərk etməlidir ki, zamin durduğu şəxsin başına bir hadisə gələrsə, o, kreditin ödənişini tam şəkildə öz üzərinə götürür. Buna görə imzanı atmadan öncə bunu mütləq düşünməlidirlər. O ki qaldı məhkəməyə dəvət edilmədən hesabından pul çıxılması, bu məqamda qanun vətəndaşın tərəfindədir.

Belə hallarla qarşılaşmamaq üçün mütəxəssislər bu vəziyyəti aşkar edən andan vətəndaşları dərhal məhkəməyə müraciət edərək öz haqlarını tələb etməyə çağırırlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qonşusuna zamin durdu, pensiya pulundan oldu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.