Ölkə

"Polislər qoymadı çəkim" deyən narkotik alverçisinə 9 il HƏBS

21 Oktyabr 2016 18:50
0 Şərh     Baxış: 1 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Xandadaş Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə X.Mirzəyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, X.Mirzəyev Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Mirzəyevdən 10,21 qram heroin götürülüb. Onun evinə baxış zamanı isə əlavə olaraq satmaq niyyəti ilə gizlətdiyi 652 qram heroin aşkar edilib.

O istintaqa ifadəsinə narkotiki şəxsi istifadəsi üçün aldığını deyib: "Özüm çəkmək üçün almışdım, polislər gəlib tutdu, qoymadılar çəkim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.