Ölkə

Aytən Səfərova bu bürc altında doğulanları təhqir etdi

21 Oktyabr 2016 18:38
47 Şərh     Baxış: 19 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azad Azərbaycan" televiziyasının 106.3 radiosunda aparıcı Aytən Səfərova "Buğa" bürcü altında doğulan insanları təhqir edib.

Milli.Az bildirir ki, bu barədə bizimyol.info-ya məşhur hüquqşunas Tahir Əlirzayev məlumat verib. O qeyd edib ki, səhər saat 8:57 radələrində işə gedərkən 106.3 radiosunda aparıcılar Raqif Əliyev, Aytən Səfərova və Mətanət Əliverdiyevanın təqdimatında efirə yayımlanan "Bumeranq" verilişində bürclər haqda məlumat verilərkən aparıcı Aytən Səfərova kobud səhvə yol verərək, "Buğa" bürcü altında doğulan insanları təhqir edib. 

O "Buğalar az yeyin, yağlı yeyib kökəlməyin, bir sözlə otlayın" deyərək bu bürc altında doğulanları təhqir edib. Aparıcının bu sözləri insanlar tərəfindən mənfi qarşılanıb. Onlar sosial şəbəkələrdə teleaparıcını təhqir edərək, onlardan üzr istəmələrini istəyib.

Qeyd edək ki, Aytən Səfərova üzun müddət "ANS" telekanalında çalışmış, daha sonra fəaliyyətini "ATV" kanalında davam etdirib.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.