Ölkə

Bakıda bəzi marşrut xətlərinin hərəkətində dəyişiklik edildi - QRAFİK

21 Oktyabr 2016 18:29
1 Şərh     Baxış: 5 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda iki şəhərdaxili marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Milli.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.

Şöbə müdirinin sözlərinə görə, Agentliyin strateji fəaliyyət planına əsasən, marşrut xətlərinin optimallaşdırılması işi davam etdirilir: "Optimallaşdırma tədbirləri çərçivəsində marşrut xətlərinin bir-birini təkrarlaması kimi hallar müəyyən edilərək aradan qaldırılır ki, bu da həm paytaxtın ictimai nəqliyyat şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, küçə və prospektlərdə, xüsusən də günün pik saatlarında müşahidə edilən tıxacların qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Optimallaşdırma prosesində marşrut xətlərinin seçimi və trayektoriyasının müəyyənləşdirilməsi Bakı Nəqliyyat Agentliyinin xüsusi ekspert qrupunun təhlillərinə əsasən müəyyən edilir. Təhlillər zamanı sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq sərnişindaşımada istifadə edilən avtobusların daxili və xarici tərtibatları müasir standartlara uyğun gələn, texniki baxımdan vəziyyəti saz olan, xüsusən də vahid nağdsız ödəniş sisteminə keçən marşrut xətt daşıyıcılarına əsas üstünlük verilir".

N.Allahyarova bildirib ki, məhz bu, əsas götürülərək Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 29 və 53 nömrəli müntəzəm şəhərdaxili marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib: "Dəyişikliyə əsasən, bundan sonra 29 saylı marşrut üzrə hərəkət edən avtobuslar mertonun "Memar Əcəmi" stansiyası və 3-cü mikrorayon dairəsi yaxınlığındakı dayanacaqlardan keçməyəcək. 53 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar isə Dövlət Bayrağı Meydanından metronun "Elmlər Akademiyası" stansiyasınadək hərəkət edəcəklər. Bu marşrut üzrə avtobusların əvvəllər olduğu kimi Şərifzadə küçəsindən keçməklə Alatava yaşayış sahəsinə gediş-gəlişi Bakı Nəqliyyat Agentliyi tərəfindən qadağan edilib".

İlkin İzzət
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.