Ölkə

Buraxılış imtahanları və yekun qiymətləndirmə ilə bağlı yeni təqvim planı təsdiqləndi

21 Oktyabr 2016 16:42
1 Şərh     Baxış: 1 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "2016/2017-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin Təqvim planı"nı təsdiqləyib.

Milli.Az bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, təhsil şöbələri və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, bu tədris ilində görüləcək işlərin təqvim planında göstərilmiş tarixlər üzrə yerinə yetirilməsini, o cümlədən ümumi təhsil səviyyəsində buraxılış imtahanlarının yeni təhsil proqramları (kurikulumları) əsasında birinci mərhələsinin keçirilməsi məqsədilə IX sinif şagirdlərinə aid məlumatların 01.11.2016 tarixdən 15.01.2017 tarixədək "Şagird-məzun" sisteminə daxil edilməsini təmin etsinlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.