Ölkə

Əli Kərimlinin köməkçisini ev dustağı etmədilər

21 Oktyabr 2016 16:23
Baxış: 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə AXCP sədri Əli Kərimlinin köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə F.Əmirlinin şikayəti təmin edilməyib.

Xatırladaq ki, bir müddət əvvəl F.Əmirli barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı Nəsimi rayon məhkəməsinə müraciət etmişdi. Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə F.Əmirlinin şikayəti təmin edilməyib.

Qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib.

Qeyd edək ki, F.Əmirli avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. Daha sonra F.Əmirliyə qarşı Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsində Faiq Əmirli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.