Ölkə

Resept blanklarından istifadə etməyən tibb müəssisələrinin SİYAHIsı

21 Oktyabr 2016 16:04
0 Şərh     Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Respublikamızda 700-dən artıq özəl tibb mərkəzi fəaliyyət göstərsə də, onların az hissəsi Səhiyyə Nazirliyinin təsdiqlədiyi resept blanklarını əldə edib".

Milli.Az bildirir ki, bu barədə AEM-dən APA-nın sorğusuna cavab olaraq məlumat verilib. Bildirilib ki, nazirliyin Analitik Ekspertiza Mərkəzinin  (AEM) xəbərdarlıqlarına baxmayaraq, özəl tibb müəssisələri hələ də Mərkəzə resept blankları üçün müraciət etməyib. Səhiyyə Nazirliyi Kollegiyasının Qərarı ilə "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları" təsdiqlənib: "Bu Qaydalar "Dərman vasitələri haqqında" Qanunun 13.5-ci maddəsinə əsasən, hazırlanıb və resept əsasında buraxılan dərman vasitələrinə reseptlərin yazılmasına, aptek təşkilatlarından buraxılmasına dair tələbləri müəyyənləşdirir. Bildiririk ki, özəl tibb fəaliyyəti ilə məşğul olan 23 müəssisədən başqa digərləri qanunla müəyyən edilmiş resept blanklarından istifadə etmir".
 
AEM resept blanklarının alınması üçün müraciət edən özəl tibb fəaliyyəti ilə məşğul olan müəssisələrin siyahısını da açıqlayıb.
 
Siyahını təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.